İsrail öz məqsədlərinə çata bilmədi və İrana qarşı təcavüzün dəhşətli bədəlini ödədi.
Bakupost.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində deyib.
“Təcavüzkar düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını dayandırmaq, sosial iğtişaşlara səbəb olmaq kimi məqsədlərinə nail ola bilmədi”, - İran Prezidentinin mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.
Pezeşkiyanın sözlərinə görə, İran kimi böyük ölkəyə qarşı bu avantüranın bədəli dəhşətli olub.