Ru
22:01 / 24 İyun 2025

İran və İsrail itkilərini elan etdilər

İran və İsrail itkilərini elan etdilər
Eye

İsraildə İranın hücumu nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisinin müşaviri Dmitri Gendelman məlumat yayıb.

O bildirib ki, İranın hücumları nəticəsində 15 500-dən çox insan evini itirib.

İran isə İsrailin zərbələri nəticəsində 12 gün ərzində 606 nəfərin öldüyünü, 5332 nəfərin yaralandığını açıqlayıb.

Qeyd edək ki, İranla İsrail arasında müharibə 13 iyunda İsrailin hava hücumları ilə başlayıb, bu gün tərəflər arasında atəşkəs əldə olunub.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar