Ru
21:43 / 24 İyun 2025

Sertifikasiya nəticələrindən narazı olanların NƏZƏRİNƏ

Sertifikasiya nəticələrindən narazı olanların  NƏZƏRİNƏ
Eye

İyunun 24-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin 4-cü günü yekunlaşıb.

Bakupost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5 945 nəfər müəllim iştirak edib, 97% davamiyyət qeydə alınıb.

Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 25 iyun saat 12:00-dan etibarən başlanılacaq.

Müəllimlər proseslə bağlı müraciətləri portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Şərhlər
  • Lamiyə Həsənova

    İmtahan sanki qərəzli keçirildi, suallar dolaşıq,mənasız və qərəzli idi.Bir orta məktəb müəllimi nəyə görə bu cür mənasız suallarla vaxt itirməlidir.x y z ilə dolu olan bir məsələ şagirdə nə qazandira bilər ki?.Harda idi kimyanın gözəl məntiqli sualları?Bir sözlə kimya müəllimlərinə ədalət istəyirik!!!

  • Könül Əsgərova

    Riyazi hesablamaları çox olduğundan kimyada məsələləro həll etmək üçün 2 saat vaxt az idi.bu qədər hesablamasə çox olan məsələni salmaq nə dərəcədə doğrudur

  • Cabbarova Aygün

    Ümumilikdə imtahan çərçivə sənədinə,dərslik səviyyəsinə uyğun deyildi,məsələlərin həlli bir neçə mərhələli imtahan müddəti ilə tərs mütənasib idi.

  • Eyzəngül İbrahimova

    Suallar standartlara uyğun şəkildə hazırlanmayıb.İmtahan suallarının hazırlanmasında mövcud tədris proqramları və dərsliklər ilə bağlı uyğunsuzluqlar müşahidə olundu.Sualların əksəriyyəti vaxt tələb edən məsələlər idi.Hazirlanan sualların həllinə lazım olan vaxtla imtahan vaxtı heç uyğun gəlmirdi.Həlli vaxt aparan bir neçə məsələ var idi.Bu vəziyyət imtahan iştirakçılarının ədalətli şəkildə qiymətləndirilməsini çətinləşdirdi və müəllimlər arasında ciddi narazılıq və narahatlıq yarandı.Sizdən xahiş edirəm kimya müəllimlərinin sertifikasiya imtahanının sualları barədə şikayətlərin araşdırılması, sualların standartlara uyğunluğunun yenidən qiymətləndirilməsi və nəticələrin obyektivliyinə təminat verilməsi üçün müvafiq komissiya yaradılsın və ya tədbirlər görülsün.Dərin hörmət və ehtiramla.

  • Nizami İmanov

    Məhlulnan bağlı məsələdə səhflik var idi

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar