Ru
21:18 / 24 İyun 2025

Trampa qarşı şok tələb: İrana görə İMPİÇMENT

Trampa qarşı şok tələb:  İrana görə İMPİÇMENT
Eye

ABŞ-ın Texas ştatından olan konqresmen El Qrin prezident Donald Trampa qarşı impiçment prosedurunun başlanması üçün rəsmi rezolusiya irəli sürüb.

Bakupost.az xəbər verir ki, konqresmen bu addımı ABŞ-ın İranda həyata keçirdiyi hava zərbələri ilə əlaqələndirib. Onun sözlərinə görə, Konqresin rəhbərliyi bu əməliyyatlardan əvvəl lazımi şəkildə məlumatlandırılmayıb, bu isə prezidentin səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilə bilər.

El Qrin qeyd edib ki, prezidentin belə taleyüklü hərbi qərarları Konqresdən yan keçməklə qəbul etməsi, ölkənin demokratik nəzarət mexanizmlərinə zərbə vurur və bu hal cavabsız qalmamalıdır.

Hazırda rezolusiyanın Konqresdə hansı dəstəyi alacağı məlum deyil. Lakin bu təşəbbüs Tramp ətrafında yaranmış siyasi gərginliyi bir qədər də artırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar