Yunanıstanın Krit adasında 26 yaşlı Azərbaycan vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Yunanıstanın “ERT News” telekanalı polisə və ölkənin kəşfiyyat xidmətinə istinadən məlumat yayıb.
İddia edilib ki, ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin Souda körfəzindəki bazasının bilavasitə yaxınlığında yerləşən oteldə məskunlaşan şəxs hərbi obyektləri lentə alıb.
“Saxlanılan şəxsin Polşa vizası var. Ondan beş minə yaxın fotoşəkil və çoxlu sayda video müsadirə edilib. Həmin şəxs daha əvvəl Souda körfəzinə daxil olan və çıxan strateji əhəmiyyətli obyektləri və hərbi gəmiləri lentə alarkən görüntülənib”, - məlumatda bildirilib.
Aygün,
BakuPost