Ru
20:54 / 24 İyun 2025

Alim Qasımovun qızı məzun oldu - Foto

Alim Qasımovun qızı məzun oldu - Foto
Eye

Xalq artisti Alim Qasımovun qızı Dilrubə məzun olub.

Bakupost.az xəbər verir ki, bu haqda xanəndə özü paylaşım edib.

Məlumata görə, Xalq artistinin qızı Azərbaycan Tibb Universitetini bitirib:

"Bu yolun hər addımında zəhmət, iradə və inam var. Həyatın heç bir mərhələsində gec deyil. Sən bunu sübut etdin. Səninlə fəxr edirəm, Dilrubə qızım. Məzun adın mübarək".

Dilrubə isə paylaşımında "Bu yolun hər anı bir mübarizə, hər günü bir dərs oldu. İndi isə bu şəkillərdə yalnız uğur deyil, həm də dostluq, dəstək və xatirələr var" sözlərini əlavə edib.

Qeyd edək ki, A.Qasımovun 2 qız, 2 oğlan övladı var.

Alim Qasımovun qızı məzun oldu - Foto
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar