Bu gün sionist rejim və onun havadarları anladılar ki, İran öz məqsədlərinə çatmaq üçün bir neçə hücumla dağıda biləcəkləri Qəzza, Livan və ya Suriya deyil. İran xalqı möhkəm dayanacaq və öz qanuni hüquqlarını sona qədər müdafiə edəcək.
Bakupost.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Qətər əmiri şeyx Təmim bin-Həməd əs-Sani ilə telefon danışığında deyib.
Qeyd edək ki, Pezeşkian Qətər əmirinə bu gün zəng edərək, ötən gün İranın Dohadakı ABŞ bazasına zərbə endirməsinin Qətərə qarşı olmadığını bildirib.
Aygün,
BakuPost