Bəzi antimilli QHT təmsilçiləri Gürcüstana gedib qrant adı ilə pulları nağd şəkildə alıb, Azərbaycana gətirirdilər.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat həmin qrantlar hesabına Azərbaycanda qarışıqlıq yaratmağa çalışıldığını bildirib:
"Bir müddət sonra onların bu əməlləri ifşa edildi. Çünki çox vaxt bu vəsaitlərin çoxusu həmin o qüvvələr tərəfindən mənimsənilirdi. Öz uşaqlarını Avropanın bahalı universitetlərində oxutdururdular. İndi isə bu məsələlərə son qoyulub”.