İsrailin iranlı nüvə mütəxəssislərinə qarşı əməliyyatları zamanı onların ailə üzvləri, o cümlədən uşaqlar da həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Belə ki, İranın Kaşan şəhərindən olan nüvə alim Mostafa Sadati-Armakinin həyat yoldaşı Fahimeh Moghimi, iki qızı və oğlu ilə birlikdə həyatını itirib. Qızlardan biri 15 yaşlı Rehyane, digəri 8 yaşlı Fatemeh, oğlu isə 5 yaşlı Əli olub.
Bundan əlavə, İran mediasının yazdığına görə, başqa bir nüvə alimi İsara Tabatabaei-Kamsheh də İsrailin hücumu nəticəsində həyat yoldaşı ilə birlikdə həlak olub.
İsrail ordusunun hücumları nəticəsində həlak olan digər alim isə Məhəmməd Rza Sadiqidir. Onun ölüm xəbəri bu gün səhər saatlarında yayılıb. Bir neçə gün əvvəl isə İran agentlikləri alimə məxsus mənzilə endirilən zərbə nəticəsində onun oğlunun da həlak olduğunu yazmışdı.
Lalə,
Bakupost