Ru
17:40 / 24 İyun 2025

İcra başçısı qadın müavinini işdən çıxardı

İcra başçısı qadın müavinini işdən çıxardı
Eye

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərindən birini vəzifəsindən azad edib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl bununla bağlı icra başçısı müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli vəzifəsindən azad olunub. Artıq onunla bağlı məlumat icra hakimiyyətinin saytından çıxarılıb.

Xatırladaq ki, 1975-ci il təvəllüdlü V.Əsgərli 11 il əvvəl icra başçısının müavini vəzifəsinə təyin edilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar