İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi ölkəsinin nüvə sənayesi ilə bağlı açıqlama verib.
Bakupost.az İran mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu sahə İranda dərin köklərə malikdir və onu sıradan çıxarmaq mümkün deyil.
“Onlar bilməlidirlər ki, bu sənaye ölkəmizdə kök salıb və onu kökündən çıxarmaq mümkün deyil. Sahib olduğumuz imkanlar və qabiliyyətlər nəzərə alınaraq, bu sənayenin inkişafı təbii şəkildə davam etməli və dayanmamalıdır”, - deyə Kamalvəndi bildirib.
Lalə,
Bakupost