Ru
23:24 / 23 İyun 2025

Səudiyyə Ərəbistanına uçan AZAL təyyarəsi Bakıya geri döndü - Təcili

Səudiyyə Ərəbistanına uçan AZAL təyyarəsi Bakıya geri döndü - Təcili
Eye

Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə "J2 8205" nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.


Bu barədə Bakupost.az-a Azərbaycan Hava Yolları QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.


"Airbus" tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.


Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

***

22:56

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.


Bakupost.az xəbər verir ki, bu barədə "Flightradar24" servisinin məlumatına istinadla xəbər verir.

Hazırda təyyarənin Bakıya istiqamət aldığı bildirilir.

Marşrutun dəyişməsinin dəqiq səbəbi barədə hələ rəsmi açıqlama verilməyib.

Lakin bu, ilkin ehtimala görə, Fars körfəzi regionunda vəziyyətin gərginləşməsi, İranın Qətərdəki Amerika hərbi bazasına hücumu və Bəhreyn, Qətər, BƏƏ-nin hava məkanının bağlaması fonunda baş verib.


Səudiyyə Ərəbistanına uçan AZAL təyyarəsi Bakıya geri döndü - Təcili
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar