Ru
23:20 / 23 İyun 2025

Britaniya xəbərdarlıq etdi: Bu, ilk dalğa idi, daha güclüsü gəlir...

Britaniya xəbərdarlıq etdi: Bu, ilk dalğa idi, daha güclüsü gəlir...
Eye

Yaxın Şərqdə artan gərginlik fonunda Böyük Britaniyanın səfirliyi əhaliyə fövqəladə xəbərdarlıq yayıb.

Bakupost.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Səfirlikdən verilən açıqlamada bildirilir ki, indiyə qədər baş vermiş hücumlar yalnız birinci dalğa olub və məqsədi hava hücumundan müdafiə sistemlərini iflic etmək idi.

“Bu, müdafiə sistemlərini yükləyib sıradan çıxarmağa yönəlmiş ilk mərhələ idi. Növbəti mərhələdə daha güclü hücumlar gözlənilir”, – deyə Britaniya səfirliyi bildirib.

Qeyd olunur ki, səfirlik öz vətəndaşlarını və yerli əhalini təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırmağa çağırıb.

“Eyvanlara və pəncərələrə yaxınlaşmayın. Sığınacaqlara keçin. Qarşıdakı saatlar son dərəcə təhlükəlidir”, – bəyanatda vurğulanır.

Xatırladaq ki, İran və İsrail arasında davam edən qarşılıqlı zərbələr nəticəsində Yaxın Şərqdəki diplomatik nümayəndəliklər, xüsusilə Qətər, İraq və İordaniyada yerləşən xarici səfirliklər fövqəladə rejimə keçiblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar