İranın Qətərdəki ABŞ bazasına hücumu hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edilib.
Bakupost.Az xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ölən və xəsarət alan olmayıb.
İranın Milli Təhlükəsizlik Şurası ABŞ-nin Qətərdəki bazasına zərbələr fonunda bəyanat yayıb.
Bəyanata əsasən, ABŞ-nin təcavüzünə qarşı raket cavabı tarazlığı bərpa etmək məqsədilə həyata keçirilib və atılan raketlərin sayı ABŞ tərəfinin İranın nüvə obyektlərinə zərbələr endirərkən istifadə etdiyi bombaların sayına uyğun olub.
Zərbə yaşayış məntəqələrindən uzaq ərazilərə endirilib və dost Qətər əhalisi üçün təhlükə yaratmayıb.
Bəyanatda həmçinin İranın Qətərlə isti və tarixi münasibətləri saxlamaq və inkişaf etdirmək öhdəliyi vurğulanır.