İran müdafiə naziri Əmir Hatəmi ilə rusiyalı həmkarı Andrey Belousov arasında telefon danışığı baş tutub.
Bakupost.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığında iranlı nazir həmkarına ölkəyə zərbələr endirənləri bütün vasitələrlə cəzalandıracaqlarını bildirib.
Qeyd edək ki, ABŞ-ın İrana zərbələrinə cavab olaraq, Tehran Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirib.