ABŞ terror ordusunun Qərbi Asiya regionundakı ən böyük strateji aktivi və Hərbi Hava Qüvvələrinin qərargahı olan Qətərdəki Əl-Udeid bazası İran raketi ilə vurulub.
Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.
İranın ABŞ-ın təcavüzünə raket reaksiyası ilə bağlı Ali Milli Təhlükəsizlik Şurasının Katibliyinin bəyanatı
"Bu uğurlu əməliyyatda istifadə edilən raketlərin sayı ABŞ-ın İranın nüvə obyektlərinə hücumda istifadə etdiyi bombaların sayı ilə eyni olub. Güclü İran qüvvələrinin hücumunda hədəf alınan baza Qətərin şəhər obyektlərindən və yaşayış məntəqələrindən uzaqda yerləşib.
Bu əməl dost və qardaş ölkəmiz Qətərə və onun zadəgan xalqına heç bir təhlükə törətmir və İran İslam Respublikası hələ də Qətərlə isti və tarixi əlaqələrin saxlanması və davam etdirilməsinə sadiqdir", - hücumla bağlı rəsmi bəyanatda bildirilib
***
20:45
İran Qətərə hücum edir.