Ru
22:07 / 23 İyun 2025

İrandakı bəlli dairələr Bakıya qarşı aktivləşdi: Xəzərdə qırıcı “tapdılar”

İrandakı bəlli dairələr Bakıya qarşı aktivləşdi: Xəzərdə qırıcı “tapdılar”
Eye

İrandakı məlum dairələrin “Azərbaycan İsrailə dəstək verir”, “İsrail Azərbaycan ərazilərindən İrana qarşı istifadə edir” kimi təxribatçı və çeynənmiş “xəbərlərə”, “açıqlamalara", “bəyanatlara” hazır olmalıyıq. İsrail-İran müharibəsi davam etdikcə qonşu dövlətdəki radikal qüvvələrə bağlı “ekspertlərin” Azərbaycan əleyhinə fikilərinin sayı artacaq.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Təxribatçılar İranın televiziya kanallarında və Teleqram-kanallarda Azərbaycan əleyhinə yeni təbliğat kampaniyasına başlayıblar. “İranist” isimli Teleqram-kanalı təxribat fantaziyasını işə salaraq, Xəzər dənizində İsrailə məxsus qırıcı təyyarənin qalıqlarının “şəklini” yayımlayıb. İranlı təxribatçılar televiziya kanallarına çıxmaqla yanaşı, erməni saytlarından da geniş informasiya dəstəyi almağa başlayıblar. İki ölkədəki qruplar yenə bizə qarşı birləşiblər. Bu səbəbdən İsrail-İran müharibəsi fonunda Azərbaycan əleyhinə dezinformasiya ilə mübarizə işini gücləndirməyə ehtiyac var. Biz nə qədər rəsmi və qeyri-rəsmi səviyyədə “üçüncü ölkələrin, o cümlədən İsrailin və ya ABŞ-ın Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə heç zaman icazə vermərik” desək də, bu, təxribatçı qrupları əməllərindən çəkindirməyəcək”, - ekspert qeyd edib.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar