Qətər hakimiyyəti vətəndaşların, sakinlərin və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün ölkənin hava məkanını müvəqqəti bağlayır.
Bakupost.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Qətər dövlətinin vətəndaşlarının, sakinlərinin və ziyarətçilərinin təhlükəsizliyini təmin etmək öhdəliyinin bir hissəsi olaraq səlahiyyətli orqanlar ölkənin hava məkanında nəqliyyatın hərəkətini müvəqqəti dayandırdığını elan edir. Bu, regionda baş verən hadisələrlə əlaqədar görülən qabaqlayıcı tədbirlər kompleksinin bir hissəsidir", - XİN-in səhifəsində dərc olunan bəyanatda deyilir.