İran artıq raketlərin beşinci dalğasını İsrail istiqamətinə göndərib.
Bakupost.az xəbər verir ki, bu haqda İsrail Radiosu məlumat verib.
Radio həmçinin beşinci dalğanın bütün İsraili hədəf aldığını bildirib. İsrailin şimalında, mərkəzində və cənubunda partlayış səsləri eşidilib. Raketlərdən bəziləri Böyük Tel-Əviv bölgəsinə düşüb.
“Kanal 12” Tel-Əvivin cənubundakı Rişon LeZion bölgəsinə raket düşdüyü ilə bağlı məlumat paylaşıb.
İsrail Ordusunun mətbuat xidməti də son bir saat ərzində İrandan İsrailə doğru onlarla raket atıldığını və onlardan bir neçəsini zərərsizləşdirmək mümkün olduğunu açıqlayıb.
Xilasetmə qrupları raketlərin düşdüyü barədə məlumatların daxil olduğu bir neçə yerdə axtarış-xilasetmə işləri görür.
“Yedioth Ahronoth” qəzeti İranın son hücumunda bir neçə israillinin yaralandığı və 6 binaya ciddi ziyan dəydiyi barədə məlumat yayıb.