Ru
17:55 / 08 İyul 2024

İran-Rusiya münasibətləri kəskinləşəcək? - ŞƏRH

2316
Məsud Pezeşkianın İranda prezident seçilməsindən sonra Rusiya-İran, İran-Qərb münasibətlərində müxtəlif dəyişikliklərin olacağı söylənilir.

Bəzi politoloqlar iddia edir ki, Pezeşkian İranın Qərblə münasibətlərini yaxşılaşdırmağa çalışsa, Rusiyayla münasibətlərdə müəyyən problemlər yarana bilər.



Bakupost.az -a açıqlamasında politoloq Samir Hümbətov isə bu fikirlərin qədər də inandırıcı olmadığını deyib.

Onun sözlərinə görə, İran sistem dövləti olduğu üçün dini liderlə müqayisədə prezidentin o qədər də geniş səlahiyyəti yoxdur:


“Orada həlledici məsələlərdə birbaşa dini liderin mövqeyi rol oynayır. Onun böyük təsir imkanları var. Ona görə düşünmürəm ki, Pezeşkian Rusiyadan uzaqlaşıb Qərblə yaxınlaşa bilər. Bu gün onsuz da İranı blokadada saxlayan tərəf Qərb ölkələridir. Amma buna baxmayaraq, ticarət əlaqələri var. Ancaq Pezşkian Rusiyayla münasibətləri korlamağı gözə almaz. Yəni o dərəcədə yanlış addım atacaq şəxsə oxşamır. O, çalışacaq ki, balans formalaşdırsın”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər