İranda edamların artması narazılığa səbəb olub.
Bakupost.az xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş 1 yanvar-20 mart tarixləri arasında İranda çoxu azsaylı xalqlar olmaqla 105 nəfərin edam olunduğunu bildirib.
BMT İnsan Hüquqları üzrə Ali Komitəsi İranda ciddi cinayət törətməyənlərə də ölüm cəzasının tətbiq olunmasını qınayıb.
O, həmçinin uşaqlara edam cəzasının verilməsinin dünyəvi hüquqa zidd olduğunu qeyd edib.
İranın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Mehdi Abadi isə açıqlamasında bunların Qərb ölkələri tərəfindən İranı damğalamaq məqsədilə BMT-yə təqdim olunduğunu deyib.
Mülki cəmiyyət quruluşları tərəfindən toplanan sənədlərdə isə İranda 2020-ci ildə 260, 2021-ci ildə isə 14-ü qadın olmaqla 310 nəfərin edam olunduğu vurğulayıb.
Aynur
BakuPost