Ru
11:49 / 05 Oktyabr 2022

İranda güclü zəlzələ: yaralıların sayı 400-ə çatır - Yenilənib

1925

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə yaralananların sayı 400-ə yaxınlaşır.


Bakupost.az xəbər verir ki, zəlzələ nəticəsində 390 nəfər yaralanıb.


***

10:05


İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində güclü zəlzələ baş verib.


Bakupost.az bildirir ki, zəlzələ nəticəsində 280 nəfər yaralanıb, 200 evə ziyan dəyib.



Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 4:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.


Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər