İranda seçki məntəqələrinin işi prezident seçkilərində səsvermə ilə əlaqədar ikinci dəfə iki saat uzadılıb.
Bakupost.az -ın İSNA-a istinadən verdiyi məlumata görə, səsvermə yerli saatla 22:00-a qədər uzadılıb.
İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildlrib ki, səsvermə saatının uzadılması barədə çoxlu sayda çağırış olub və bu səbəbdən də müvafiq qərar qəbul edilib.
18:50
İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
O bildirib ki, bütün seçki məntəqələrində səsvermə yerli vaxtla saat 20:00-a qədər uzadılıb.
Xatırladaq ki, iyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir. Bu mərhələdə Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.