Ru
15:39 / 23 Sentyabr 2026

"İcbari sığorta çökür, həqiqi xəstələr növbədə qalır": Əməkdar həkimdən SÜİ-İSTİFADƏ ETİRAFI!

"İcbari sığorta çökür, həqiqi xəstələr növbədə qalır": Əməkdar həkimdən  SÜİ-İSTİFADƏ ETİRAFI!
Eye

Əməkdar həkim, Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov bir sıra vətəndaşların icbari tibbi sığortadan sui-istifadə etdiyini və nəticədə həqiqi tibbi yardıma ehtiyacı olan insanlarının hüquqlarının pozulduğunu bildirib.

“Bakupost” xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

Onun sözlərinə görə, ciddi şikayəti olmayan bir xəstə Bakıda dövlət xəstəxanalarından birində bir həftə ərzində 17 həkim qəbulundan olub və yüzlərlə müayinə etdirib. Ona sağlam olduğu bildirildikdə isə xəstəxana rəhbərliyini şantaj etməyə başlayıb:

“O, buna haqqı olduğunu, istəsə, daha çox müayinə etdirəcəyini və əks halda xəstəxana rəhbərliyindən TƏBİB-ə, Səhiyyə Nazirliyinə, Prezident Administrasiyasına şikayət edəcəyini, eyni zamanda məsələni sosial mediada işıqlandıracağını bildirib”.

F. İbrahimov qeyd edib ki, belə hallar hər gün baş verir və bu, yüzlərlə şikayətdən yalnız biridir:

“Bu tip insanlar səbəbindən biz artıq icbari sığortanın çökdüyünü, həqiqətən müayinə və müalicəyə ehtiyacı olan insanların növbə gözlədiyini, haqlarının tapdalandığını görürük. Bu səbəbdən xəstələr birbaşa ixtisaslaşmış xəstəxana və müayinələrə yönəlmək əvəzinə, ilk öncə poliklinika müayinələrindən keçməli, daha sonra probleminə uyğun həkimə yönləndirilməlidir. Beləcə, hazırda səhiyyəmizdə olan problemlərin bir qisminin qarşısını, az da olsa, ala bilərik”.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar