İrana sağalmaq ümidi ilə gedən azərbaycanlının başına ağlasığmaz hadisə gəlib.
Bakupost.az xəbər verir ki, İran həkimləri onu sağaltmaq əvəzinə əməliyyat zamanı ağciyərində tampon qoyub göndəriblər.
1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Pərviz Əliyev ziyarət məqsədilə İranın Məşhəd şəhərinə gedib. Səfər zamanı səhhətində ciddi narahatlıq yaranıb və yerli həkimlər ona İranda əməliyyat olunmağı təklif ediblər.Əməliyyatdan sonra həkimlər onu arxayın ediblər ki,hər şey yaxşıdır,əməliyyat uğurlu keçib. Lakin Pərviz Əliyev Azərbaycana qayıtdıqdan qısa müddət sonra səhhəti kəskin pisləşib.
Onun yüksək hərarəti qalxıb, güclü öskürək və ciddi narahatlıq yaranıb. Bu səbəbdən həkimə müraciət edən pasient kompüter tomoqrafiya müayinəsinə göndərilib. Müayinə zamanı onun ağciyərində yad cisim aşkar olunub.Torakal cərrah, tibb elmləri namizədi Cəmil Ələkbərov bildirib ki, xəstə üzərində aparılan əməliyyat təxminən 5 saat davam edib və ağciyərdən yad maddə çıxarılıb. Həkimlərin sözlərinə görə, pasientin ağciyərində iri ölçülü tibbi tampon qalıbmış.
Çıxarılan yad cismin ölçüsü isə vəziyyətin nə qədər ciddi olduğunu göstərir.Xəstədən çıxarılan tampon araşdırma üçün Dövlət Təhlükəsizliyi Xidmətinin laboratoriyasına göndərilib. Aparılan ekspertiza nəticəsində yad cismin həqiqətən də tibbi tampon olduğu rəsmi şəkildə təsdiqlənib.
Bu gün 05.03.2026 tarixində Dünyəvi *BakuPostu*unda Əcaib Xəbər izləyirik? Ehtimal ki, nəfəs çatışmazlığı iə İranın Məşhəd şəhərini ziyarət Azərbaycan vətəndaşı Pərviz Ə. orada nəfəs yolundan əməliyyat olunub. Rəsmi yüksək Elmli Bakı-Azərbaycan Konsiliumu *İran*ın Azərbaycanlının nəfəs yoluna tıxadığı həmin *şübhəli* yad cismi (tamponu) böyük təhlükəli nəyəsə oxşadıb, Dövlət Təhlükəsliyi Laboratoriyasına Ekspertizaya göndəriblər!!? Natamam ekspertizalar, araşdırmalar, elmi-tibbi və siyasi yozmalar pasiyentin ciyərinin cırıq olduğunu, yad cismin qəti-konkret hansısa tibbi vasitə və ya geyimə aid olduğunu təsdiqləməyib? İranın üç nüvə mərkəzinə də Ağ Evin Sülh Məramlı lideri dağıdıcı zərbələr endirtdiyindən yarım il ötüb-keçib. Qonşu İran və aid dövlətlərdən şüalanma həddi haqqında rəsmi rəqəmləri sorğulayıblarmı?
Tamponun orda qalması tibb bacısının günahıdır, həkimin deyil. Çünki, materialı tibb bacısı sayır, o verir, o geri tələb edir. Şişirtməyin, bu qəsdli bir şey deyil