Ru
15:56 / 10 May 2024

"İrəvanda çevriliş olsa, Azərbaycan ordusu hərəkətə keçəcək" - Hərbi ekspert

1893
“Ermənistanda davam edən etiraz aksiyaları əsasən, delimitasiya və demarkasiya prosesinə qarşıdır. Bu gün terror yuvasına çevrilən erməni apostol kilsəsi mitinqlərdə maksimum nəticə əldə etsə, yəni Paşinyanı hakimiyyətdən devirsə, o zaman Azərbaycan bu prosesi sadəcə, kənardan izləməyəcək”.




Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanda arxiyepiskop Barqat Qalstanyanın təşkilatçılıq etdiyi etiraz aksiyaları haqda danışarkən deyib.

O, çıxışına daha sonra bunları əlavə edib:

“Çevriliş olarsa, Azərbaycan tərəfi Ali Baş Komandanın göstəri ilə delimitasiya və demarkasiya proseslərlərini dayandıracaq və prosesi Azərbaycanın silahlı qüvvələrinin şəxsi heyəti davam etdirəcək. Bu isə Ermənistana yaxşı heç nə vəd etmir. Bu prosesr həm demarkasiyanı, həm də Ermənistanın üzərinə götürdüyü, lakin yerinə yetirmədiyi digər öhdəliklərin, o cümlədən Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edə bilər.

Ermənistan rəhbərliyi tərəfindən hazırda müsbət istiqamətdə atılan addımlardan imtina edilməsi və ya onların dayandırılması onlar üçün növbəti dəfə şəxsi heyət, ərazi, hərbi texnika və avadanlıq itkiləri ilə müşayiət oluna bilər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər