ABŞ Prezidenti Donald Tramp güclü zəlzələlərdən sonra bütün dövlət qurumlarına Venesuelaya təcili yardım göstərməyə hazır olmağı əmr edib.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabı “TruthSocial”da yazıb.
O, ölkəni silkələyən təbii fəlakətin xeyli insan tələfatına səbəb olduğunu qeyd edib. Tramp dağıntılarla bağlı ilkin məlumatları məyusedici adlandırıb və ABŞ-ın Venesuela xalqını dəstəkləməyə hazır olduğunu vurğulayıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, ölkədə Moron və San Felipe şəhərləri yaxınlığında 7,2 və 7,5 bal gücündə iki güclü təkan qeydə alınıb.