Ru
12:42 / 04 Aprel 2024

İrəvanda qalmaqal: Qriqoryan Oskanyanı kabinetindən qovub?

1581
"İlin əvvəlində Dağlıq Qarabağ Məsələləri Komitəsinin koordinatoru, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan və komitənin bəzi üzvləri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçiriblər. Görüş zamanı Qriqoryan onlara Qarabağ məsələsinin bitdiyini bildirib".

Bakupost.az xəbər verir ki, bu fikirlər Ermənistanın “Hraparak” qəzetində dərc olunan məqalədə əksini tapıb.

Qəzet mövzunu inkişaf etdirərək yazıb:

“Komitə bəzi məsələlərdə ən azı kölgə dəstəyi verəcəyinə ümid edərək, gördüyü işlər barədə aidiyyəti qurumları məlumatlandırmağı zəruri hesab edib. Qriqoryanla görüş 20-30 dəqiqə davam edib. O, Komitə üzvlərini soyuq qarşılayıb".

"Hraparak" yazır ki, görüşdə iştirak edənlər Qriqoryana hətta ciddi nəticələr əldə etmək mümkün olmasa belə, heç olmasa Qarabağ məsələsini gündəmdə saxlamaq lazım olduğunu bildiriblər:

"Qeyd olunub ki, bu, Ermənistanın müdafiə qabiliyyətini gücləndirməyə və Azərbaycanın təcavüzünün qarşısını almağa kömək edəcək. Bununla belə, Qriqoryan Komitə üzvlərini axıradək dinləmək belə istəməyib”.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər