Ru
12:45 / 16 May 2024

İrəvanda son durum: hökumət binası mühasirədə, içəridə iclas, bayırda mitinq gedir - VİDEO

İrəvanda son durum: hökumət binası mühasirədə, içəridə iclas, bayırda mitinq gedir - VİDEO
Eye

Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan etirazçılar İrəvanda Nazirlər Kabinetinin iclasının keçirildiyi Ermənistanın hökumət binası yaxınlığında toplaşıblar.

Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, qalxanlı polislər hökumət binasını praktiki olaraq mühasirəyə alıb. Daha sonra etirazçıların həbsinə başlanılıb. Daşnaksütyun Partiyasının nümayəndəsi Qarnik Danielyan Ermənistan Daxili İşlər Nazirliyinin patrul xidmətinin rəhbəri Artur Xudinyandan saxlanılmasının səbəbini öyrənməyə çalışıb. O isə polisin mətbuat xidmətinin bu barədə məlumat verəcəyini bildirib.
Polis qüvvələrinin komandirlərindən biri olan Haykaz Comardyanın isə mübahisə zamanı “Öz xalqınızı sakitləşdirin” deməsi etirazçıların qəzəbli reaksiyasına səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları 3 etirazçını həbs ediblər.




Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar