Ru
16:21 / 18 Sentyabr 2026

Təcrübəçi kimi işə başladı, 23 yaşında ayda 8 min qazanır

Təcrübəçi kimi işə başladı, 23 yaşında ayda 8 min qazanır
Eye

İsveçrədə karyerasına təcrübəçi kimi başlayan 23 yaşlı Ferranın qısa müddətdə əczaçılıq sektorunda işə keçməsi və gəlirinin əhəmiyyətli dərəcədə artması diqqət çəkib. Gəncin hazırkı aylıq ümumi gəlirinin təxminən 8 min İsveçrə frankına, yəni 16 500 manata çatdığı bildirilir.

"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, xaricdə işləyərək daha yüksək gəlir əldə etmək istəyən gənclərin diqqət göstərdiyi ölkələrdən biri İsveçrədir. İspaniyada biotexnologiya təhsili alan Ferran da məzun olduqdan sonra bu ölkədə iş axtarmağa başlayıb.

Gənc müxtəlif şirkətlərə günlərlə müraciətlər göndərib. Onlayn müsahibələrdən sonra isə İsveçrədə ödənişli staj keçmək imkanı əldə edib.

Ferran İsveçrədə əmək fəaliyyətinə stajyer kimi başlayıb. İlk dövrdə aylıq təxminən 2 500 İsveçrə frankı əldə edib.

Staj müddətində İsveçrədəki iş mühiti və yaşayış şəraiti ilə yaxından tanış olan Ferran daha sonra karyerasını əczaçılıq sektorunda davam etdirib. Onun sözlərinə görə, hazırda aylıq ümumi maaşı təxminən 8 min İsveçrə frankıdır.

Vergilər və digər tutulmalar çıxıldıqdan sonra isə gəncin əlinə təxminən 6 min İsveçrə frankı qalır.

İsveçrədə yüksək gəlirlərlə yanaşı, yaşayış xərclərinin də yüksək olması diqqət çəkir. Ferranın sözlərinə görə, ölkədə mənzil tapmaq ən böyük çətinliklərdən biridir.

Staj keçdiyi dövrdə təxminən 20 kvadratmetrlik studiya mənzil üçün aylıq 1 000 avroya yaxın kirayə ödəyib.

Gənc bəzi mənzil axtarışlarında eyni ev üçün çox sayda insanın müraciət etdiyini, hətta 30 nəfərə qədər növbələrin yarandığını bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar