Ru
15:45 / 18 Sentyabr 2026

“Porsche Cayenne” üçün simsiz şarj sistemi satışa çıxdı - FOTO

“Porsche Cayenne” üçün simsiz şarj sistemi satışa çıxdı  - FOTO
Eye

“Porsche” tam elektrikli “Cayenne” modeli üçün simsiz şarj sistemini Avropa bazarında satışa çıxarıb.

“Bakupost” xəbər verir ki, sistem qaraj və ya dayanacaq döşəməsinə yerləşdirilən xüsusi lövhə vasitəsilə avtomobilə kabelsiz enerji ötürür. Şarj gücü 11 kVt-a, enerji ötürülməsinin səmərəliliyi isə 90%-ə çatır.

Sistem park etməyə kömək edən funksiya ilə inteqrasiya olunub. Avtomobil şarj qurğusunun üzərində düzgün park edildikdə enerji ötürülməsi avtomatik başlayır.

Simsiz şarj sisteminin qiyməti Almaniyada 6 961 avrodur. Sistemdən istifadə etmək üçün avtomobilin zavod istehsalı zamanı xüsusi ön hazırlıq paketi ilə təchiz edilməsi tələb olunur.

Vüsalə Hüseynova,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar