Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:12 / 14 Oktyabr 2024

İşdən çıxarıldı, məhkəməyə üz tutdu - Xidmətin keçmiş əməkdaşı nə tələb edir?

2340
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) keçmiş əməkdaşı Nəzakət Həsənova qurumu məhkəməyə verib.

Bakupost.az "--ın Qaynarinfo"ya istinadla məlumatına görə, Nəzakət Həsənovanın bu addımı işdən çıxarılması ilə bağlıdır.

Xidmətin keçmiş əməkdaşın rəhbərliyin qərarını qanunsuz hesab etdiyindən bu məhkəmədə işə bərpa olunmasını tələb edir.

Lakin birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Nəzakət Həsənova qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Sabit Bəhrəmzadə iş üzrə hakim təyin edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovdur. O, 2023-cü ildə bu vəzifəyə təyinat alıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar