Ru
14:40 / 20 Aprel 2024

İşıqfora təpik atan yeniyetmə polisə çağırıldı - VİDEO

1350
Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan şəxs müəyyən olunub və valideynləri ilə birgə polis idarəsinə dəvət olunub.

“Profilaktiki söhbətlər aparıldıqdan sonra əmələ görə qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub”, - deyə o qeyd edib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər