Ru
13:03 / 16 Aprel 2024

"İsrail İrana özbaşına hücum etsə, köməksiz qala bilər" - Hərbi ekspert

1034
“İsrailin İrana cavab verəcəyini qabaqcadan proqnozlaşdırmaq çətindir. Bunu heç İsrailin baş naziri də deyə bilməz. Sözsüz ki, İsrail İrana cavab atəşi açmaq istəyir və belə bir plan hazırlanıb. Amma ABŞ buna qəti qadağa qoyub. Vaşinqton İsrailə etiraz edir və bildirir ki, İran hücum edəndə biz sizi qoruduq”.

Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, bölgədə bu cür gərginlik tərəflərə sərf etmir:

“Bilirsiniz ki, ABŞ-ın da, İordaniyanın da hava qüvvələri İranın İsrailə atdığı dronları vururdu. Ona görə İsrail özbaşına nəsə etsə, ola bilsin ki, müttəffiqlər ona kömək etməsin. Amma İsrail İrana cavab vermək istəyir, çünki ilk dəfədir ki, İran öz ərazisindən ona zərbə vurub. O hesab edir ki, İrana cavab qaytarmasa, onun zəif görünəcək. Ümid edirəm ki, İsraildən İrana cavab atəşi olmayacaq. Çünki bu cür gərginlik heç kimə lazım deyil”.

A.İsazadə İranın İsrailə hücum etməsinin mahiyyətini belə izah edib:

“Burda hücumun uğurlu və ya uğursuz olmasından söhbət getmir. Əsas məsələ odur ki, İran İsrailə zərbə endirdi. Çünki onun üçün bu hücumu etməmək ayıb idi. Sözsüz ki, dron və raketlərin sayı ilə nəticəni müqayisə edəndə, bu, çox zəif nəticədir. Ancaq söhbət nəyisə məhv etməkdən yox, zərbə endirməkdən gedirdi”.

Vasif Əlihüseyn,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər