İsrail ordusu İranın Buşəhr şəhərindəki "Pars" qaz yatağını bombalayıb.
Bakupost.Az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat verib.
Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri İran və Qətər tərəfindən işlədilən və dünyanın ən böyük təbii qaz yatağı olan "Cənubi Pars" qaz yatağının 14-cü sektoruna zərbə endirib.
***
Cənubi Pars yatağının 14-cü fazasında 12 milyon kubmetr qaz hasilatı dayandırılıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.