Ru
13:45 / 27 Aprel 2024

İsrail ordusu elan etdi: Camaat əl-İslami lideri öldürüldü

2565
İsrail ordusu Livanın Beka Vadisi bölgəsinə endirdiyi hava hücumunda Camaat əl-İslami lideri Musab Halafı öldürdüyünü iddia edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ordu sözçüsündən verilən açıqlamaya görə, Livanın Suriya sərhədinə yaxın Beka Vadisi bölgəsində Meydun kəndinə döyüş təyyarələrinin hücumu nəticəsində Livanın sünni Camaat əl-İslami Hərəkatının yüksək səviyyəli lideri Halaf öldürülüb.

İsrail, Camaat əl-İslaminin Livandakı fəaliyyətlərində HƏMAS ilə koordinasiya etdiyini iddia etdib. Açıqlamada hücumda lider Musab Halafdan başqa Bilal Halaf adlı üzvün də öldüyü bildirilib.

Qeyd edək ki, Livanın "Camaat əl-İslami" rəhbərliyi sərhəd xəttində İran tərəfdarı “Hizbullah”la yanaşı İsrailə qarşı silahlı mübarizəyə qoşulacaqlarını açıqlamışdı.

İsrail ordusu ilə Livan “Hizbullah” arasında 2023-cü il oktyabrın 8-dən sərhəd xəttində baş verən qarşıdurmalarda 285 “Hizbullah” üzvü, 56 Livan vətəndaşı, 18 Əməl Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 8 İsrail vətəndaşı və 12 əsgər həlak olub.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər