Ru
10:58 / 21 Noyabr 2022

İsrail səfiri azərbaycanlı izləyicilərindən dəstək istədi - FOTO

 İsrail səfiri azərbaycanlı izləyicilərindən dəstək istədi - FOTO
Eye

İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkəmizin Təl-Əvivdə səfirlik açması ilə bağlı daha bir paylaşım edib.

Bakipost.az xəbər verir ki, səfir İsraildə səfirlik açılması barədə qərarı Azərbaycanın milli yeməyi ilə qeyd etmək qərarına gəldiyini qeyd edib.

"Lakin yeməyin hansı olmasına qərar verə bilmədik. Bizim əvəzimizə bu yeməyin hansı olacağına siz qərar verəcəksiniz”, - səfir paylaşımında qeyd edib.

C.Dik Azərbaycanın bir neçə milli yeməyinin - düşbərə, dolma, şah plov, balıq ləvəngisi, piti, yarpaq xəngəli və kababın adını çəkərək, izləyicilərindən dəstək istəyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar