Livanın "Hizbullah" şiə təşkilatının yeni baş katibi Naim Qasım hərəkatın siyasətini dəyişməsə, vəzifəsində uzun müddət qala bilməz.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi Qasimin "Hizbullah"ın yeni baş katibi seçilməsinə belə reaksiya verib.
""Hizbullah" Naim Qasımı yeni baş katibi elan edib. Əgər o, sələfləri Həsən Nəsrullah və Haşim Səfiəddinin yolu ilə getsə, onun vəzifə müddəti bu terror təşkilatının tarixində ən qısa müddət ola bilər”, - İsrail Xarici İşlər Nazirliyinin “Facebook”dakı rəsmi ərəbdilli səhifəsində yerləşdirilən bəyanatda deyilir.
Zaur, BakuPost