Ru
08:09 / 13 İyun 2025

İsrailin İrana hücumundan sonra 10-dan çox təyyarə Bakıya eniş etdi

 İsrailin İrana hücumundan sonra 10-dan çox təyyarə Bakıya eniş etdi
Eye

İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub.

Bu barədə Bakupost.az -a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib:

”AJet” – İstanbul–Tehran (Boeing 737)
”Fly Dubai” – Minsk–Dubay, Kazan–Dubay, Sankt-Peterburq–Dubay, Moskva–Dubay (Boeing 737)
”Air Arabia” – Moskva–Şarjah (Airbus A320)
”Jazeera Airways” – Maxaçqala–Küveyt, Moskva–Küveyt (Airbus A320)
”Etihad Airways” – Moskva–Abu-Dabi (Boeing 787)
”Turkish Airlines”- İstanbul-Pxuket (Airbus A330)

Vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bu reyslərin qəbulunu sərnişin təhlükəsizliyi, rahatlığı və sürətli logistik koordinasiya prinsiplərinə tam uyğun şəkildə təmin edib.

Qeyd edək ki, Bakı hava limanı regionda etibarlı tranzit və hava nəqliyyatı habı olaraq, regional və qlobal aviasiya marşrutlarının hər cür fövqəladə şəraitdə təhlükəsiz şəkildə yönləndirilməsi üçün tam infrastruktura və operativ imkanlara malikdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar