İsmayıllıda həyəcan: Çay məcrasından çıxdı, ailələr evlərini TƏRK ETDİLƏR - VİDEO
10888
Girdiman çayının məcrasını dəyişməsi nəticəsində İsmayıllıda bir kəndə ciddi ziyan dəyib.
Bakupost.Az Xəzər TV-yə istinadən xəbər verir ki, güclü axın nəticəsində çay yaşayış məntəqəsinə doğru istiqamətini dəyişərək bir sıra ev və təsərrüfatlara ciddi ziyan vurub. Kənd sakini Əlimədət Mahmudovun sözlərinə görə, çayın həyətyanı sahəyə daxil olması nəticəsində yaşayış evi təhlükəli vəziyyətə düşüb və orada yaşamaq mümkünsüz olub.
Tövlə, toyuq hini və digər yardımçı tikililər su altında qalıb, həyətyanı sahəyə isə gil və lil dolub.
Sakinlərin sözlərinə görə, selin yaratdığı fəsadlar nəticəsində bir neçə ailə evini tərk etmək məcburiyyətində qalıb. Evlərə giriş isə ərazinin qalın gil qatı ilə örtülməsi səbəbindən xeyli çətinləşib.
Şərhlər
Telman
Ismayıllı royonunda çox kənd var, hansı kənd olduğu dövlət sirridir? Qoyduğunuz şəkilin isə ümumiyyətlə Azərbaycana aidiyyəti yoxdur.
Dəxi KəndHuda
Ay Əliməmməd Mahmudov, Hazər TV, Bakupost, Girdimen çayı Sizin hansı kəndinizə, evlərinizə ziyan vurub? Durdurulması, həbsi, mükaliməsi mümkün olmasa da, gələn çılğınına qədər ram və zərər-ziyanların elliklə-birgə operativ bərpası mümkünmü?