Ru
19:48 / 13 Noyabr 2022

İstanbulda dəhşətli partlayış - Ölənlərin sayı artdı - Yenilənib3 - VİDEO

15883

Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində yaralananların sayı 81 nəfərə çatıb.


Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.


"Hazırda 4-ü hadisə yerində olmaqla 6 nəfəri itirmişik. 81 yaralımız var. Hadisə yerinin təhqiqatı tam sürətlə davam edir", - deyə F.Oktay bildirib


***

19:14



Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.


Bakupost.az xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.  


"İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.


Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o tivter hesabında yazıb.


Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.



***

18:14


Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.


Bakupost.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.


Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.


Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.


***

18:04


Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.


Bakupost.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.


Taksim meydanı yaxınlığında qeydə alınan partlayışın səbəbi məlum deyil.


Çoxlu sayda yaralının olduğu bildirilir.






Şərhlər
  • Safar Mammadov

    Bu terror ishidir Turkuyemizin daxili sabitliyi Turk dunyasini istemeyen bednam qonshu ve dishdan toedilen bir cinayetdir. Hec kim Dahi Erdoganimizi ve turk milletini sindira bilmez.Allah sehidlerimize rehmet elesin.Cox uzuluruk.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər