Ru
17:25 / 04 İyul 2024

İt kababı yeyən məşhur namizəd - FOTO

2603
ABŞ prezidentliyinə namizəd, Tramp və Baydenin əsas rəqiblərindən olan Robert Kennedinin (kiçik Kennedi) əlində qızardılmış it tutduğu fotonu dərc etməsi qalmaqala səbəb olub.

Bakupost.az xəbər verir ki, fotonu "Vanity Fair" nəşri dərc edib.

Nəşrin məlumatına görə, siyasətçi 2023-cü ildə bu şəkli Asiyaya səyahət edən tanışına göndərib. Fotoda Kennedi və naməlum qadın zarafatla özlərini iti qızardıb yemiş kimi göstərirlər. Kennedi cəsarətlə şişin qarşısında ağzını açır, qadin isə özünü əti yeirmiş kimi davranır.

Şəklin metaməlumatları onun 2010-cu ildə çəkildiyini göstərir. "Vanity Fair"in fotoşəkili nəzərdən keçirməyi xahiş etdiyi bir baytar fotodakının həqiqətən də qızardılmış it olduğunu təsdiqləyib. O qeyd edib ki, heyvanın 13 cüt qabırğası görünür. Sonuncu cüt qabırğaların isə döş sümüyünə yapışmadığı aydındır ki, bu da itlər üçün xarakterikdir.

Foto yayımlanandan sonra Kennedi oradakı ətin it deyil, keçi əti olduğunu bildirib. Siyasətçi fotonun 2023-cü ildə Çilinin Futaleufu çayında kayak sürərkən çəkildiyini iddia edir.

Kiçik Kennedi Amerikanın nüfuzlu Kennedi sülaləsinin nümayəndəsidir. Onun 70 yaşı var. O, Gənc ikən heroin saxladığına görə şərti cəza alıb. Kiçik Kennedi həm də müxtəlif sui-qəsd nəzəriyyələrinin qızğın tərəfdarıdır.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər