Ru
16:51 / 03 Avqust 2022

IV qrupda 700 balı o topladı - FOTO

3605
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərin sayını açıqlayıb.


Dövlət İmtahan Mərkəzindən Bakupost.az -a bildirilib ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 28 nəfər göstərib.


Belə ki, imtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 baldır.


IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) isə 10 nəfər göstərib. Belə ki, imtahanda 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin şagird imtahanın birinci mərhələsində 300 bal toplamışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər