Ru
20:35 / 01 Aprel 2024

Jurnalist İdrak Camalbəylinin cənazəsi Bakıya gətirildi - VİDEO

1897
Ukraynada vəfat edən azərbaycanlı jurnalist, “Amerikanın səsi” ​radiosunun əməkdaşı İdrak Camalbəylinin nəşi bu gün Bakıya gətirilib.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Həmkarları Heydər Əliyev adına Hava Limanında onun nəşini qarşılayaraq doğulduğu ata evinə gətiriblər.

Qeyd edək ki, jurnalistin nəşi dünən Kiyevdən Kişinyova yola salınıb. Moldovadan birbaşa reyslər ləğv olunduğundan, onun nəşi Türkiyəyə göndərilib. Bu gün isə İstanbul-Bakı reysi ilə Vətənə gətirilib.

Xatırladaq ki, Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli martın 29-da ürək tutmasından vəfat edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər