Erməni şahmatçı Harri Kasparov Cənubi Sudanda dövlət çevrilişinə cəhdin hazırlanmasında ittiham olunur.
Bakupost.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlum olub ki, qrossmeyster Afrika ölkəsində hökumətin devrilməsi üçün istifadəsi nəzərdə tutulan silahların alınmasında iştirak edib.
Nəşrin yazdığına görə, o, Cənubi Sudan inqilabçısı Piter Ajakı “Wall Street”in maliyyəçisi Robert Qranyeri ilə bir araya gətirib. Görüşün nəticəsi olaraq “Kalaşnikov” avtomatları, qumbaraatanları və “Stinger” zenit-raket kompleksləri üçün 7 milyon dollar ayrılıb.
Kasparov məsələ ilə bağlı jurnalistlərin sualını cavablandırarkən silahlı çevrilişə cəhddə iştirakını təkzib edib. Bildirib ki, “ömrünün çox hissəsini vətəndaş hüquqlarının müdafiəsinə və bütün dünyada demokratiyanın təbliğinə sərf edib”.
Qeyd edək ki, ötən il Komi məhkəməsi Harri Kasparovla bağlı qiyabi həbs qərarı çıxarıb. O, terror cəmiyyəti yaratmaqda, ona rəhbərlik etməkdə, terror fəaliyyətini maliyyələşdirməkdə və ona ictimai bəraət qazandırmaqda ittiham olunur.
Keçmiş şahmatçı hər Qələbə qonorarını alanda belə hazırlığa əlavə-kənar xərclərin məbləğdən çıxılmamasını və onları sonra öz meyarı ilə ödəyəcəyi iddiasında olub!? Bu xəbər siyasi çevriliş cəhdi kimi səslənsə də, əski Çempionun Maliyyəçi R.Qranyeri ilə de fakto (məncə Az neft biznesi kimi) Cənubi Sudanı (silahla da?) almaq qətiyyəti deyimi?