Ru
13:42 / 17 Noyabr 2026

FES faizləri niyə artırır?

FES faizləri niyə artırır?
Eye

ABŞ Federal Ehtiyat Sisteminin (FES) Klivlend filialının rəhbəri Bet Hemmak güclü iqtisadi artımın və FES-in gələcək addımları ilə bağlı gözləntilərin faiz dərəcələrinin yüksəlməsinə təsir etdiyini bildirib.

“Bakupost” xəbər verir ki, Hemmak pul siyasətinin daha sərt olmasını istədiyini və iqtisadiyyatın əlavə sərtləşməyə davam gətirə biləcəyini düşündüyünü deyib.

O qeyd edib ki, inflyasiya təzyiqləri getdikcə daha çox sektorda hiss olunur. Şirkətlər artan xərcləri qiymətlərə əlavə etməklə mənfəət marjalarını qorumağa çalışırlar.

Hemmak əmək bazarının ümumilikdə tarazlıqda olduğunu, lakin sərtləşmənin ilk əlamətlərinin görünə biləcəyini də bildirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar