“Volkswagen” Çində yeni elektrikli sedanı “ID. Aura L5” modelini ilkin sifarişə çıxarıb. Avtomobil 580 kilometrədək yürüş məsafəsi və 310 kVt gücündə mühərrik seçimi ilə diqqət çəkir.
“Bakupost” xəbər verir ki, yeni model ilin sonunadək satışa çıxarılacaq. Avtomobilin qiyməti hələ açıqlanmayıb. “ID. Aura L5” tək və ikili mühərrik versiyalarında təklif olunur. İkili mühərrik variantının gücü 310 kVt-a çatır.
Model litium-dəmir-fosfat batareyalarla təchiz edilib. Çin CLTC ölçmə standartına əsasən, avtomobil bir şarjla 580 kilometr məsafə qət edə bilir.
Avtomobildə “LiDAR” sensoru ilə işləyən sürüş köməkçisi, avtomatik parklanma sistemi və 15,6 düymlük multimedia ekranı da yer alır.
Vüsalə Hüseynova,
BakuPost