Ru
20:20 / 07 İyun 2024

Güllənən Kəlbəcər sakini xəstəxanada ÖLDÜ - YENİLƏNDİ

Güllənən Kəlbəcər sakini xəstəxanada ÖLDÜ  - YENİLƏNDİ
Eye

Gəncədə ov tüfəngindən xəsarət alan şəxs xəstəxanada ölüb.

Bakupost.az -ın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, güllə yarası alan Bəxtiyar Heydərov ölüb.


***

Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərov şəxsi münasibətlər zəminində ov silahından açılan atəş nəticəsində xəsarət alıb.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakupost.az -a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar