Ru
17:27 / 04 İyun 2024

“Keşiş Vardanyanın yanında olmalı idi, amma...” - Kamran Həsənli

2261
“Ermənistanda hər şey göz önündədir. Rusiyanın oradakı yatmış agenturası ayağa qaldırılır. Ümumiyyətlə, Sovet dönəmində bolşeviklər hakimiyyətə gələndən sonra bütün dini xadimləri məhv edib, məscidləri, sinaqoqları, kilsələri partlatmışdılar. Amma Stalin 1943-cü ildə müharibənin ən ağır vaxtlarında dini idarələri yenidən bərpa etdi və hər yerdə "KQB" rütbəlilərini oturtdular. O vaxtlar bütün dini idarələr Moskvaya tabe olublar”.

Bunu Bakupost.az -a açıqlamasında telejurnalist Kamran Həsənli deyib.

O, Ermənistandakı etiraz aksiyalarının əslində Ruben Vardanyanla planlaşdırıldığını bildirib:

“Təbii ki, Paşinyan Qərb, Azərbaycan və Türkiyə ilə normal münasibətləri irəlilətmək istəyir. Rusiya Gürcüstandan çıxıb. İndi də Ermənistandan çıxmaq üzrədir. Ona görə də Moskva Ermənistandakı adamlarını tərpədib. Baqrat Qalstanyan da onlardan biridir. Əslində o, Ruben Vardanyanın yanında olmalı idi. Sadəcə olaraq, Vardanyan bizim həbsxanada çay içir. Əgər o, bu aksiyalarda iştirak etsəydi, Nikol Paşinyanın vəziyyəti çətin olacaqdı.

Ruben Vardanyanı hazırlayıb Qarabağa göndərmişdilər ki, orda şişsin, daha sonra mitinqlərin başında dayanıb Paşinyanı yıxsın və Ermənistanı üzərimizə çevirsin. Keşiş isə Vardanyanın yanında olmalı idi. Amma indi tək qalıb və aksiyalara adam da toplaya bilmir”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər