Ru
11:34 / 24 May 2024

"Keşişlər yanında sülənən "tarixçi"lər..." - Açıqlama

1553
Xəbər verdiyimiz kimi, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Dövlət Sərhəd Ximdəti tərəfindən nəzarətə götürülüb.



Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli adı çəkilən kəndlərin strateji cəhətdən çox əhəmiyyətli ərazilər olduğunu bildirib.


“Ora çox böyük ərazidir, çünki onlar dağ kəndləridir və orada strateji yüksəkliklər də var. O kəndlər həm də heyvandarlıq üçün əlverişlidir”, - deyə Q.Hüseynli vurğulayıb.

Politoloqun sözlərinə görə, Paşinyan öz xalqına reallığı qəbul etdirənə qədər çox çətinliklərlə üzləşəcək:

“Bu dörd kənd məsələsi Paşinyana böyük başağrısı verdi. Paşinya bilir ki, indiki ermənilərin yaşadığı yerlər 1828-ci ilə qədər İrəvan xanlığının ərazisi olub. Bunu çoxu bilir. Amma gəl ki, kitab oxumayan, təhsili olmayan, çox zaman keşişlərin və onların yanında sülənən "tarixçi"lərin beyinlərinə xülyalar yeritdiyi ermənilərin düşüncəsi fərqlidir. Paşinyan deyir ki, mənim millətimin çox ciddi bəlası odur ki, xəyallarla yaşayırlar. Bu düşüncələri onların beyninə pərçim ediblər. Ona görə də onlar dünyadakı reallıqları qavraya bilmirlər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər